Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən xeyli sayda ixtisaslar qruplardan çıxarılıb.
AzEdu.az 2020-ci ildə ali təhsil müəsissələrinə qəbul aparılmayan ixtisasların tam siyahısını təqdim edir.
I ixtisas qrupu üzrə formalaşan 83 ixtisasdan 27-si ləğv edilib. Qeyd olunan ixtisaslar siyahıdan çıxarlıb.
Hidrogeologiya mühəndisliyi
Neft-qaz qurğuları mühəndisliyi
İstilik energetikası mühəndisliyi
Enerji maşınqayırması mühəndisliyi
Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
Çoxişlənən malların texnologiyası mühəndisliyi
İstehlak mallarının ekspertizası və marketinqi
Poliqrafiya mühəndisliyi
Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
Biotibbi texnologiya mühəndisliyi
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması istismarı və təmiri
Xüsusi təyinatlı texnika və sistemlər
Kosmik texnologiyalar mühəndisliyi
Kosmik texnika mühəndisliyi
Kosmik idarəetmə sistemləri mühəndisliyi
Geodeziya və xəritəçilik mühəndisliyi.
II ixtisas qrupunda isə 5 ixtisas ləğv edilib.
Dünya iqtisadiyyatı
Mühasibat uçotu və audit
Sənayenin təşkili və idarə olunması
Kommersiya
Turizm və otelçilik.
III ixtisas qrupunda 5 ixtisas ləğv edilərək ümumilikdə 24 ixtisas üzrə qəbul aparılır.
Məktəbəqədər təlim və tərbiyə
Kitabşünaslıq
Antropologiya
Teatrşünaslıq
Kinoşünaslıq.
IV ixtisas qrupunda 3 ixtisas ləğv edilib
Müalicə işi,
Tibbi profilaktika
Həkim yardımçısı.
Xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas qəbul siyahısından çıxarılıb
Bədən tərbiyəsi və idman
Solo oxuma.
Estrada sənəti
Xalq çalğı alətləri ifaçılığı
Rəqs müəllimliyi.
Məlumat üçün bildirək ki, həmçinin qruplarda yeni ixtisaslar yaradılıb, bəziləri isə ləğv edilən ixtisasların əsasında yenidən formalaşdırılıb.