AzEdu.az mütəmadi olaraq abituriyentləri maraqlandıran sualları rəsmi quruma istinadla cavablandırır.
Onları maraqlandıran məsələlərdən biri də şəxsi kabinetin bərpasıdır.
Belə ki, “Şəxsi kabinet” yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər //ekabinet.dim.gov.az/ saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edib parolunu əldə edə bilərlər. Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə şəxsən DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolunu əldə edə bilərlər. Digər şəxslərə heç bir halda parol verilmir.
Qeyd edək ki, şəxsi kabinet uzunmüddətli istifadə olunduğuna görə təkrar yaradılmağa ehtiyac yoxdur.