Artıq 6 ildir ki, Azərbaycanda tətbiq edilən “Sağlam Təhsil-Sağlam Millət” layihəsi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv vətəndaş yetişdirmək məqsədi daşıyır.
Bildiyiniz kimi 2013-cü ildə təhsil nazirinin əmri ilə təhsilalanların sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu yaradılıb, 2014-2015-ci tədris ilindən icrasına başlanılan “Sağlam Təhsil-Sağlam Mİllət” layihəsinin tətbiqinə start verilib.
Bu layihə 2014-cü ildə “müəllim də mühəndisdir” yanaşması ilə fəaliyyətə başlamışdır. Belə ki, pedaqoji prosesləri qurarkən təhsilalanların fərdi fizioloji, psixoloji, sosioloji tələblərinin nəzərə alınması sağlam və proqrressiv vətəndaşın formalaşmasında əsas şərtlərdir.
Layihə tətbiq edildiyi gündən mütəmadi olaraq monitorinqlər aparılıb, nəticələri ictimaiyyətə təqdim edilib. 2014-cü ildə 2500 şagirdin cəlb edildiyi monitorinqin nəticələrinə görə, yuxarı sinif şagirdlərinin 45%-də görmə problemi aşkar edilib.
2014-cü ildə monitorinqə cəlb edilmiş 2500 şagirdin təxminən 50%-ə qədərində qamət pozuntusu aşkarlanıb.
Mövcud dünya təhsil sisteminin problemlərinə baxsaq bir sıra faktlarla qarşılaşmış olarıq.
Azərbaycan Respublikası Statistika Komitəsinin 2009-2014-cü illər üçün verdiyi 14-17 yaşlı yeniyetmələrin xəstələnmə hallarının müqayisəli təhlili göstərir ki, bu illər ərzində göstəricilərdə artım qeyd edilir.
2013-2014-cü tədris ilində layihə çərçivəsində Bakı şəhərində təhsil alan 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edilmiş və nəticələrin təhlili göstərmişdir ki:
Layihənin fəaliyyəti dövründə- 2014-2018-ci illərdə Təhsil İnstitutu və Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən aparılan monitorinqlər göstərmişdir ki:
“Sağlam Təhsil-Sağlam Millət” layihəsi hal hazırda 50 məktəbdə 244 sinifdə tətbiq edilir və 4000-dən artıq şagirdi əhatə edir.
Artıq sadəcə layihənin sinif müəllimlər ilə deyil eyni zamanda layihənin tətbiq edilmədiyi məktəblərin ibtidai təhsil sinif müəllimləri ilə də sinif gigiyenası, sağlam təhsilin prinsipləri, şagirdlərin sağlamlığının qorunması yolları istiqamətində təlimlər aparılır. Bu tədris ilində Bakı şəhərində 2000ə yaxın müəllimin təlimləndirilməsi planlaşdırılır.
Eyni zamanda şagirdlərlə sağlam həyat tərzi, sağlam qidalanma, şəxsi gigiyena mövzusunda görüşlər keçirilir.