Qəbul imtahanlarında ilk dəfə iştirak edəcək abituriyentləri müsabiqə şərtləri ilə tanış etmək məqsədilə AzEdu.az bəzi qaydaları təqdim edir.
Ötən il IV ixtisas qrupu üzrə müsabiqə şərtlərinə görə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsində isə balı 100-dən az olmayan abituriyentlər buraxılıblar.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqli olub.
Belə ki, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılıblar.
Bəzi ixtisaslar (“Ekologiya”) üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan , dövlət sifarişi əsasında ayrılan yerlər üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılıblar.
Həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Əczaçılıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları, Naxçıvan Dövlət Universitetinin “Bayrtarlıq” ixtisası, Lənkəran Dövlət Univeristetinin “ Baytarlıq”, “Bağçılıq və tərəvəzçilik ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak ediblər.
Qeyd edək ki, müsabiqə şərtləri qəbul imtahanlarının nəticələri əsasında müəyyənləşir.