Mayın 20-də Dövlət İmtahan Mərkəzinin 2018/2019-cu tədris ili üçün I və IV ixtisas qrupları üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirtdiyi qəbul imtahanın nəticələri iki günə açıqlanacaq.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda cavab kartlarının emal prosesi aparılır.
Qeyd edək ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılıb.
Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmamışlar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.