Azedu.az

Zehni riyaziyyat üzrə Beynəlxalq olimpiadanın qalibi

Məktəblər

13 Fevral 2020, 11:21
Zehni riyaziyyat üzrə Beynəlxalq olimpiadanın qalibi

Bakıda zehni riyaziyyat üzrə Beynəlxalq olimpiada keçirilib. 250 məktəblinin qatıldığı olimpiadada İngiltərə, Rusiya, İsveçrə, Özbəkistan, Qazaxıstan, Ukrayna və digər ölkələrdən gələn məktəblilər iştirak ediblər.

AzEdu.az xəbər verir ki, olimpiadada öz yaş qrupunda iştirak edən məktəblilər arasında Bakının 23 saylı tam orta məktəbinin II sinif şagirdi Ruslan Məmmədov I yerə layiq görülərək diplom və kubokla təltif olunub.

Məlumat üçün bildirək ki, Ruslan Məmmədov 1 ildən çoxdur, “İndiqo” Zehni Riyaziyyat Klubunda keçirilən məşqlərdə iştirak edir.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox