Zaqatalada itkin düşən rayon sakini tapılıb.
AzEdu.az "Report"a istinadən xəbər verir ki, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü Qardaşov İmran İlqar oğlu tapılıb.
Məlumata görə, 16 yaşlı məktəbli Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, İ.Qardaşov fevralın 2-də itkin düşüb.