Azedu.az

ADNSU: Azİİ Elektron Kitab Evinin oxucularının informasiya bazası genişlənir

Universitetlər

12 Fevral 2020, 16:30
ADNSU: Azİİ Elektron Kitab Evinin oxucularının informasiya bazası genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin oxucularına Rusiya Federasiyasının “INFRA-M” Nəşriyyat Şirkətlər qrupu və “EBS Znanium” elektron kitabxanasından istifadə üçün test imkanı təqdim edilib.

AzEdu.az xəbər verir ki, bazanın resursları bir ay ərzində bu ali məktəbin professor-müəllim heyəti və Azİİ Elektron Kitab Evinin oxucuları üçün açıq olacaq.

Elektron kitabxananın bazasına əsasən şirkətlər qrupunun öz nəşrləri (10 nəşriyyat, o cümlədən INFRA-M, Forum, Ensiklopediya və s.), tərəfdaş nəşriyyat evlərinin kolleksiyaları (Alpina, İntellekt, İnfra-Mühəndislik, Fizmatlit və digərləri) və universitetlər (NSTU, SFU, TPU, SFU ... SB. RAS) daxildir.

Maraqlananlar aşağıdakı link vasitəsilə elektron məlumat bazasına daxil ola bilərlər: //new.znanium.com/catalog/searchext?ptype=8&submitted=1

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox