Buraxılış və qəbul imtahanlarından öncə mütəmadi olaraq sınaq imtahanları keçirilir.
AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbulun II mərhələsi, blok fənlər üzrə sınaq imtahanı 16 fevral tarixində keçiriləcək.
Sual: Buraxılış imtahanları üzrə kağız daşıyıcıları vasitəsilə sınaq keçiriləcək?
Cavab: Xeyr. DİM-dən verilən məlumata əsasən kağız daşıyıcıları ilə sınaq imtahanın keçirilməsi nəzərdə tutulmur. Lakin mütəmadi olaraq otk.az portalı vasitəsilə onlayn imtahanlar keçirilir.
Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək ödənişlidir.