AzEdu.az mütəmadi olaraq direktor və müəllimləri maraqlandıran məsələlərlə bağlı yazılar yayımlayır.
Müəllimlərin ən çox soruşduğu məsələlərdən biri də töhmət aldıqdan sonra fəaliyyətlərinə davam edib-etməməklə bağlıdır.
Sual:
-Etik davranış qaydalarını pozmağım adı ilə bir neçə töhmətdən sonra işdən kənarlaşdırıldım. Növbəti dəfə müəllimlərin işə qəbul imtahanında iştirak edərək işə başlaya bilərəm?
Cavab:
Bəli. AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Təhsil haqqında qanunun 36.1-ci maddəsi ilə tənzimlənir.
Maddəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə, əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il pedaqoji fəaliyyətlə məşğul ola bilməz. 1 ilin tamamında isə MİQ müsabiqəsində iştirak edərək qəbul oluna bilər.
Qeyd edək ki, aşağıdakı şəxslər müəllim kimi fəaliyyət göstərə bilməzlər:
-Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;
-Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;
-Fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
-Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;