Azedu.az

BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən yeni xəbər var

Universitetlər

4 Fevral 2020, 15:03
BDU-nun koronavirusa görə xəstəxanaya yerləşdirilən tələbəsindən yeni xəbər var

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilən Çin vətəndaşı, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi, 1996-cı il təvəllüdlü Liu Youşa evə buraxılıb.

AzEdu.az xəbər verir ki, çinli tələbə yanvarın 27-dən xəstəxanada həkim nəzarəti altında saxlanılırdı. 

Səhiyyə Nazirliyindən bildirilib ki, o, karantin müddəti bitdiyindən bu gün evə buraxılıb və səhhətində heç bir problem yoxdur.

Qeyd edək ki, Liu Youşa BDU-nun Tarix fakültəsinin III kursunda təhsil alır. O, yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb. 

OK VİDEO! Rusiya Ukraynada bunu da etdi - Növbəti BİABIRÇILIQ!
Son xəbərlərDaha çox