Türkiyənin Bilkent Universitetinin tələbəsi Türkiyə vətəndaşı Gülce Erdoğan məşhur Azərbaycan bəstəkarı Emin Sabitoğlunun "Ölsəm bağışla" mahnısını peşəkarcasına ifa edib.
AzEdu.az xəbər verir ki, Gülce Erdoğan “Ölsəm bağışla” mahnısını pianoda ifa etməklə Azərbaycan bəstəkarına olan heyranlığı sübut edib. O, öz ifasıyla həm də Azərbaycan bəstəkarlarının qardaş ölkə Türkiyədə də nə qədər çox sevildiyini bildirib.
Qeyd edək ki, Gülce Erdoğan Bilkent Universitetinin II kurs tələbəsidir. O, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə təhsil alır.
AzEdu.az həmin videonu təqdim edir: