Azedu.az

Məktəbdə “İlk tibbi” yardım təlimi

Məktəblər

2 Fevral 2020, 15:25
Məktəbdə “İlk tibbi” yardım təlimi

Qaradağ rayonu 184  nömrəli tam orta  məktəbin pedaqoji kollektivi üçün “İlk tibbi yardım” təlimi keçirilib.

AzEdu.az xəbər verir ki, layihənin martın 18-dək davam edəcəyinin deyən “Xeyirxah Platforması” təşkilatının nümayəndəsi Mətanət Novruzova bildirib ki, məqsəd  insanlara bədbəxt hadisələr zamanı kömək edərkən   ilk tibbi yardım  üsullarını öyrətmək, beləliklə, təhlükəli vəziyyətlərə hazırlıqlı olmaqdan ibarətdir. 

Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Mərkəzi Gömrük Hospitalının fəaliyyət istiqamətləri, endirimli aksiyaları və sosialyönümlü layihələrinin böyük əhəmiyyət kəsb etdiyini  bildirib. Yadda saxlamaq lazımdır ki, düzgün aparılan ilk yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox