Azərbaycan Gənc Müəllimlər Assosiasiasının üzvlərinin sayı 2700 nəfərdir.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Naziri Ceyhun Bayramov Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumunda deyib.
Nazir qeyd edib ki, assosiasiyanın üzvləri üçün yay düşərgələri təşkil olunub. “Assosiasiyanın üzvləri üçün online platforma təşkil olunub.Müəllimlər sosial şəbəkələrdə birgə fəaliyyətə cəlb olunublar”.
Qeyd edək ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.