Çinin Uhan şəhərində qalan Azərbaycan vətəndaşlarının təxliyə prosesi aparılır.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
L.Abdullayeva təxliyə ilə bağlı əlavə detalların, o cümlədən Azərbaycan vətəndaşlarının ölkəyə nə vaxt gətiriləcəyi ilə bağlı məlumatların qısa zamanda açıqlanacağını bildirib.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmış yeni növ koronavirusla əlaqədar olaraq Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsi ilə həm Türkiyə, həm də Uhandakı 7 nəfər azərbaycanlının təxliyəsinə başlayıb. (MediaPost)