Azedu.az

Bakıda çinli tələbədən götürülən analizin nəticələri açıqlanıb

31 Yanvar 2020, 16:27
Bakıda çinli tələbədən götürülən analizin nəticələri açıqlanıb

Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub.

AzEdu.az xəbər verir ki, ayın 27-si KTM-ə respirator infeksiya ilə müraciət edib.

Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.

Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq. (apa.az)

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox