Azedu.az

Rusiyanın Ali İqtisad Məktəbi UNEC-də beynəlxalq tələbə olimpiadası təşkil edəcək

30 Yanvar 2020, 16:48
Rusiyanın Ali İqtisad Məktəbi UNEC-də beynəlxalq tələbə olimpiadası təşkil edəcək

Fevralın 14-16-da Rusiya Federasiyasının Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) beynəlxalq tələbə olimpiadası təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, olimpiadanın qalibləri Ali İqtisad Məktəbinin magistr proqramlarında imtiyazlı təhsil almaq şansı əldə edəcəklər.

Olimpiadada 3-cü və 4-cü kurs tələbələri, məzun və magistrantlar iştirak edə bilərlər.

Qeydiyyat olimpiadanın //olymp.hse.ru/ma internet ünvanında fevralın 3-nə kimi davam edəcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox