Azedu.az

“Facebook” istifadəçilər barədə məlumatları başqa saytlardan toplayıb

29 Yanvar 2020, 14:49
“Facebook” istifadəçilər barədə məlumatları başqa saytlardan toplayıb

“Facebook” şirkəti sosial şəbəkə istifadəçiləri barədə məlumatları başqa saytlardan aldığını bildirib.

AzEdu.az xəbər verir ki, sosial şəbəkənin saytında “Facebook xaricində fəaliyyət” funksiyası tətbiq olunub.

Bu funksiya ilə digər saytlardan alınan məlumatları idarə etmək mümkündür.

“Facebook” xaricində fəaliyyət funksiyası ilə şirkətlər, təşkilatlar, qarşılıqlı əlaqələriniz, tətbiqlərdən istifadə və ya saytlara daxil olmağınız barədə məlumat alınır. Funksiya bu məlumatları “Facebook” kimi səhifələrə giriş zamanı bizimlə bölüşürlər”, - deyə şirkətin saytında bildirilir.

Qeyd olunur ki, şirkət bu məlumatları daha aktual reklam göstərmək, istifadəçini maraqlandıra biləcək qruplar, hadisələr, məhsullar tövsiyə etmək, şirkət və təşkilatlara saytlarının, tətbiqlərinin və ya reklamlarının effektivliyini ölçmək, şübhəli fəaliyyətləri müəyyənləşdirmək və “Facebook”u daha etibarlı etmək üçün toplayır. (oxu.az)

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox