“100-dən artıq yeni məktəb binası istifadəyə verilib”
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Nazir ötən ilin prioritet istiqamətlərindən söz açarkən bildirib ki, ötən il müxtəlif investisiya proqramları, sərəncamlarına əsasən hədəflər yerinə yetirilib:
"2019-cu ildə 84 yeni məktəb binası tikilib və təmir edilib. Qeyd edim ki, bu məsələlər Heydər Əliyev Fondunun rəhbərinin diqqət mərkəzindədir. 2019-cu ildə 100-dən artıq yeni məktəb binası istifadəyə verilib.
2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək. Məqsədimiz odur ki, bu il görüləcək işlər ən azı 2019-cu ildəki işlərlə eyni həcmdə və ya daha artıq olsun".