Qəbul yanvar ayının 31-də, saat 11:00-da, Saatlı şəhəri Gənclər Mərkəzində (ünvan:Saatlı şəhəri, H.B.Zərdabi küçəsi, 71a) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (//eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19 ) müraciət etmələri (əlaqə telefonu: (021)215-15-23) xahiş olunur.
Bundan əlavə, qəbul gəlmək istəyənlər 24-30 yanvar tarixlərində saat 10:00-dan 17:00-dək Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayon Təhsil Şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.