Azedu.az

Direktor namizədlərə məktəb sənədləşməsi ilə bağlı ən çox verilən sual - Aktual

26 Yanvar 2020, 10:08
Direktor namizədlərə məktəb sənədləşməsi ilə bağlı ən çox verilən sual - Aktual

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də məktəb sənədlərinin hazırlanması, maliyyə-təsərrüfat sənədləri barədədir.

AzEdu.az məlumat verir ki, bu məsələlər “Məktəb sənədlərinin aparılması və saxlanması barədə təlimat”da qeyd olunub.

Təlimata əsasən, maliyyə-təsərrüfat sənədlərinə bunlar aiddir:

Məktəbin texniki pasportu, əsas vəsaitlərinin ventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventarkitabı.

Göstərilən sənədlər təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, kitabxanaçıları və s. tərəfindən aparılır.

Bundan əlavə, məktəbdə rayon təhsil şöbəsi müdiri tərfindən təsdiq edilmiş mövcud ştat cədvəli, müəllimlərin tarifləşmə siyahısı olmalıdır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox