Azedu.az

Sinif jurnalında səhvlər necə düzəldilir?-Qayda 

Məktəblər

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

25 Yanvar 2020, 11:05
Sinif jurnalında səhvlər necə düzəldilir?-Qayda 

Məktəb sənədləri vaxtında, aydın və dəqiq yazılmalı, məlumatların düzgünlüyünə şübhə doğuran düzəliş və qaralama olmamalıdır. Sənədlərdə qeydlər mürəkkəblə və ya yazı makinasında aparılır.

Məktəb sənədlərinin mətnində buraxılmış səhvlər necə düzəldilməlidir?

AzEdu.az sinif jurnallarında buraxılmış səhvləri düzəltmə qaydası ilə bağlı məlumatı nəzərinizə çatdırır:

Səhv söz və ya rəqəmin üstündən xətt çəkmək mümkündür. Lakin xətt, elə çəkilməlidir ki, əvvəlki qeydi oxumaq mümkün olsun. Səhv variantın yanında isə düzgünü variant yazılmalıdır. Bütün düzəlişlər izah olunmalı, sənədi rəsmiləşdirən şəxs tərfindən imzalanmalı və məktəbin möhürü ilə təsdiq edilməlidir. Sənədlərdə olan məlumatların düzgünlüyü və onların keyfiyyətli tərtibi üçün sənədə imza atan vəzifəli şəxs məsuliyyət daşıyır.

Sinif jurnalları dövlət sənədidir və onun yazılması müəllim və sinif rəhbəri üçün məcburidir. Sinif jurnalının iki növü: I-IV siniflər və V-XI siniflər üçün olmaqla müəyyən edilir.  Məktəbin direktoru və onun təlim-tərbiyə işləri üzrə müavini sinif jurnallarınınsaxlanmasını  təmin  edir  və  onun aparılmasının  üzərində  müntəzəm nəzarəti həyata keçirir.

Qeyd edək ki, jurnallar bir dərs ili üçün nəzərdə tutulur və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərfindən təsdiq edilmiş forma üzrə hər sinif üçün ayrıca aparılır.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox