Azedu.az

Bu dəfə də Google ÇÖKDÜ

24 Yanvar 2020, 11:19
Bu dəfə də Google ÇÖKDÜ

Google axtarış sisteminin “çökməsi” ilə bağlı istifadəçilərdən kütləvi şikayət daxil olub.

AzEdu.az-ın məlumatına görə, TED.az xəbər verir ki, bu haqda Downdetector portal məlumat yayıb.

Şikayətin böyük əksəriyyətində bildirilib ki, YouTube videohostinqdən və Gmail elektron poçt ünvanından istifadə mümkün deyil. İstifadəçilərin 65%-i servisə daxil ola bilmədiklərini, təxminən 34%-i isə axtarışın mümkün olmadığını qeyd ediblər.

Google-la bağlı yaranmış problem əsasən, ABŞ, Kanada, Braziliya, Almaniya, Fransa, Böyük Britaniya, Portuqaliya, İspaniya və Kolumbiyada müşahidə olunub. Həmçinin mövcud problem Rusiyanın Kazan, Moskva və Sankt-Peterburq  şəhərlərində də qeydə alınıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox