Azedu.az

Rezidenturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Rezidentura

Dövlət İmtahan Mərkəzi (DİM)

22 Yanvar 2020, 17:03
Rezidenturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Məlum olduğu kimi, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu.

Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

AzEdu.az xəbər verir ki, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcəkdir.

Qeyd edək ki, birinci mərhələdə III kursu bitirmiş tibb təhsilli, ikinci mərhələdə isə təhsili başa vurmuş məzunlar iştirak edə bilər.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox