Azedu.az

“Kitab gəzər” layihəsi çərçivəsində məktəblilər Xəzər Universitetində olublar

Məktəblər

Universitetlər

21 Yanvar 2020, 15:36
“Kitab gəzər” layihəsi çərçivəsində məktəblilər Xəzər Universitetində olublar

Bir qrup könüllü gəncin təşəbbüsü ilə həyata keçirilən “Kitab gəzər” layihəsi çərçivəsində Bərdə, Ağdam, Tərtər rayonlarından olan 15 şagird tanışlıq məqsədilə Xəzər Universitetində olub.

AzEdu.az xəbər verir ki, tədbirdə bu ali təhsil müəssisəsi barədə videoçarx nümayiş etdirilib. Tələbələrin universitetə cəlb olunması üzrə işçi qrupunun rəhbəri, professor Fuad Rəsulov ali təhsil ocağındakı təhsil modelini açıqlayıb, universitet barədə ətraflı məlumat verib. Həmçinin burada tələbələrə yaradılan imkanlarla bağlı fikirlərini bölüşüb.

Görüşdə şagirdlərin ixtisas seçimi ilə əlaqədar çoxsaylı suallar cavablandırılıb. Universitetin kitabxanası ilə tanış olan şagirdlərə hədiyyələr təqdim edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox