Azedu.az

Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var

17 Yanvar 2020, 09:34
Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var

Bakıda marşrut avtobusu qəza törədib.

AzEdu.az-ın məlumatına görə, Xəzər rayonu, Albalılıq qəsəbəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan 4 nəfər məktəbli xəstəxanaya yerləşdirilib.  Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox