Azedu.az

Magistraturaya qəbul imtahanlarının  vaxtı açıqlandı-RƏSMİ  

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Yanvar 2020, 15:02
Magistraturaya qəbul imtahanlarının  vaxtı açıqlandı-RƏSMİ  

 

 

Dövlət İmtahan Mərkəzi  ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanlarının vaxtını açıqlayıb.

AzEdu.az xəbər verir ki, builki magistratura imtahanları  fevralın 23-də keçiriləcək.

"Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik", -DİM-dən bildirilib.

 

 

 

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox