Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzEdu.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.