Azedu.az

Məktəb psixoloqlarının əməkhaqqısı artırılmayıb - Nazirlikdən rəsmi cavab

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

15 Yanvar 2020, 12:07
Məktəb psixoloqlarının əməkhaqqısı artırılmayıb - Nazirlikdən rəsmi cavab

Ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayımlanıb.

Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirib.

Nazirlikdən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun  müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur. Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

Qeyd edək ki, diaqnostik qiymətləndirilmə imtahanlarına  ümumilikdə 2633 psixoloq  qatılıb. İmtahanda iştirak etmək isə könüllülük prinsipi ilə aparılıb.

İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı
Son xəbərlərDaha çox