“MATH Academy” tədris mərkəzi tək Azərbaycanda deyil, Özbəkistan, İran, Türkiyə və bir çox ölkələrdə fərqli adlarla fəaliyyət göstərir. Əsas sloqanı “Study First Academy”-dir.
Mərkəzin fəaliyyəti fərqli ölkələrdə ortaq riyaziyyat tədrisi üzərində qurulub. Xidmətləri təhsilə yönəlik istiqamətdədir. Əsas ağırlıq isə YÖS,ALES,İELTS və SAT hazırlığı üzrədir.
AzEdu.az xəbər verir ki, tədris mərkəzi Azərbaycanda ilk sayılacaq materiallarını, fərqli formatda hazırlanan yeni test kitablarını abituriyentlərin istifadəsinə verib.
Qeyd edək ki, bu testlər yeni imtahan modelinə uyğun şəkildə tərtib edilib. Onlar türk imtahan formatına uyğun “yaprak testleri”dir.
Yeni test kitabları riyaziyyat, məntiq və həndəsə proqramı üzrə tərtib edilib. Burada hər mövzu üzrə 20 test tapşırığı verilib. Bu testlər imtahana hazırlaşmaq üçün nəzərdə tutulub və digər imtahana hazırlıq testlərindən fərqli olaraq “yaprak” formatındadır.