Azedu.az

Fizika fənni üzrə “breyn-ring” keçirilib

Məktəblər

5 Yanvar 2020, 17:43
Fizika fənni üzrə “breyn-ring” keçirilib

İmişli şəhər 5 nömrəli məktəb-liseyin 8-10-cu sinif şagirdləri arasında fizika fənni üzrə “breyn-ring” keçirilib.

AzEdu.az xəbər verir ki, yarışda şagirdlər “Betta”, “Alfa” və “Qamma” komandalarına ayrılaraq 3 turda mübarızə aparıblar. İlk mərhələdə suallar aparıcılar tərəfindən təqdim edilib, ikinci mərhələdə hər komanda üzrə çıxışlar olub. Üçüncü mərhələdə isə komandalar bir-birlərinə suallar verib. Sonra  düz cavab verənlərə hədiyyələr təqdim olunub.

Turlar arasında uşaqlar fizikaya aid mahnılar oxuyub, özləri hazırladıqları idarə olunan müxtəlif qurğular nümayiş etdiriblər. Münsiflərin qiymətləndirməsinə əsasən, qalib komanda müəyyən edilib.

Sonda məktəbin direktoru Validə Zülfüqarova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, bunun şagirdlərin fizikaya həvəsləndirilməsində böyük rolu olduğunu bildirib.

Yarışın qalibi olan “Betta” komandası məktəb direktoru tərəfindən simvolik qızıl və gümüş medallarla təltif olunub, bütün iştirakçılara diplomlar təqdim edilib.(Azərbaycan müəllimi qəzeti)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox