Azedu.az

Liviyada hərbi məktəb bombalanıb, 30 nəfər ölüb

Məktəblər

5 Yanvar 2020, 16:45
Liviyada hərbi məktəb bombalanıb, 30 nəfər ölüb

Liviyada general Xəlifə Haftara məxsus hərbi aviasiya hərbi məktəbə zərbə endirib.

AzEdu.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Tripolidən cənubda yerləşən Xadba rayonunda hərbi məktəbin bombalanması nəticəsində 30 nəfər ölüb, 33 nəfər yaralanıb.

Liviya Səhiyyə Nazirliyi ölənlərin əksəriyyətinin 18-25 yaşlı hərbi kursantlar olduğunu açıqlayıb. Xəlifə Haftarın nümayəndəsi Xalid əl-Mahcup isə hərbi məktəbdə Tripolinin müdafiəsinə gələn tayfaların nümayəndələrinin hərbi hazırlıq keçdiyini bildirib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox