Azedu.az

Tərbiyəçi uşağı belə itələdi - VİDEO

Bağçalar

3 Yanvar 2020, 16:26
Tərbiyəçi uşağı belə itələdi - VİDEO

Tatarıstanda tərbiyəçi müəllim uşağı masanın altına itələyib.

Life.ru-nun xəbərinə görə, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayıldıqdan və ictimai qınaqlardan sonra prokurorluq məsələ ilə maraqlanmağa başlayıb.

Arsk şəhərindəki 8 nömrəli uşaq bağçasında müəllim uşağa qışqırıb, sonra onu rəqs edən uşaqların dairəsindən çıxararaq itələyib.

Hadisənin videosu “Vkontakte” sosial şəbəkəsində yayılıb.

Rayon rəhbərliyi qrup müəlliminin artıq işdən çıxarıldığını, musiqi işçisi ilə müqaviləyə vaxtından əvvəl xitam verildiyini bildirib.

İstintaq müddətində bağçanın müdiri də işdən çıxarılıb. Respublika Prokurorluğundan bildirilib ki, hadisə ilə bağlı yoxlama aparılır.

//baku.tv/az/hadise/12576/

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox