Azedu.az

Eyni ildə iki ixtisas qrupu üzrə imtahan vermək mümkün olacaq?-CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM)

31 Dekabr 2019, 13:39
Eyni ildə iki ixtisas qrupu üzrə imtahan vermək mümkün olacaq?-CAVAB

 

Qəbul imtahanlarında şagirdləri maraqlandıran məqamlardan biri də cari tədris ilində iki müxtəlif  qəbul qrupu üzrə müsabiqədə iştirak etməklə bağlıdır. 

AzEdu.az xəbər verir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. Lakin I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. 

V qrup üzrə ikinci mərhələ keçirilmədiyinə, məzunlar buraxılış imtahanının nəticəsi ilə müsabiqədə iştirak etdiyinə görə eyni vaxtda I-IV qruplar üzrə  imtahan verməkdə çətinlik yaşamırlar.

Onu da qeyd edək ki, qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının)  nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi isə  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. 

Ayşə MÜSEYİB                                

 

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox