Yeni il qabağı Şaxta Baba Tovuz rayonunun Göyəbaxan kəndində şagirdləri sevindirib.
AzEdu.az-ın məlumatına görə, həmin kənddə AZərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Əhmədov Orxanın təşəbbüsü ilə baba.az layihəsi çərçivəsində Şaxta Baba sözügedən məktəbdə şagirdlərə bayram sovqatı paylayıb.
Layihənin məqsədi ucqar kənddə təhsil alan imkanı zəif olan şagirdlərə yardım göstərmək və onları təhsilə, həyata motivasiya etməkdir. Layihə rəhbəri Amerikada yaşayan soydaşımız Fərhad Ələkbərovdur. Layihə üç ildir fəaliyyət göstərir. Bu il isə Tovuz rayonunda şagirdlərin istəklərini qarşılayıb