Azedu.az

Bu il 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb

Məktəblər

29 Dekabr 2019, 11:25
Bu il 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb

2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda ehtiyac olan ərazidə 1 yeni məktəbin və 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox