Azedu.az

Nazirlikdən  orta məktəblərdə dərs günləri  ilə bağlı  vacib  AÇIQLAMA -Çaşqınlığa son

Məktəblər

27 Dekabr 2019, 09:00
Nazirlikdən  orta məktəblərdə dərs günləri  ilə bağlı  vacib  AÇIQLAMA -Çaşqınlığa son

"Bu gün bəzi media orqanlarında altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair əsassız məlumat yayılıb".

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox