Azedu.az

Şagird ona “2” yazan müəllimi çəkiclə vurdu - FOTO

Məktəblər

25 Dekabr 2019, 17:00
Şagird ona “2” yazan müəllimi çəkiclə vurdu - FOTO

Rusiyada şagird müəlliminə çəkiclə hücum edib.

AzEdu.az xəbər verir ki, Kirov rayonunun Yekaterinburq şəhərində yerləşən 24 saylı məktəbdə rus dili və ədəbiyyatı müəllimi Marina Zabolotnaya şagirdin hücumuna məruz qalıb.

E1.ru-nun xəbərinə görə, doqquzuncu sinifdə oxuyan oğlan küçədə müəllimini izləyib və ona yaxınlaşaraq başına çəkiclə zərbə vurub.

 Qadın müəllim yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Zabolotnaya müayinə edildikdən sonra evə buraxılıb, o, hadisə barədə şərh vermək istəməyib.

15 yaşlı şagird hazırda polis idarəsində dindirilir.

Məlumata görə, şagird ədəbiyyat dərsindən verilən şeiri öyrənə bilmədiyi üçün “2” qiyməti aldığına görə müəllimindən qisas alıb.

O, M.Zabolotnayanı evindən çıxarkən binanın qarşısında vurub. (Oxu.az)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox