Fənlərə verilən ballar haqqında abituriyentlərin 57%-nin (228 nəfər) əvvəlcədən, 24%-nin (96 nəfər) qismən məlumatı olub, 19%-nin (76 nəfər) heç bir məlumatı olmayıb.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci saytında öz əksini tapıb.
Abituriyentlərin 12,5%-i (50 nəfər) imtahanlara düşən sualların qiymətləndirilməsi prosesinin ob- yektiv aparılmasına çox inandığını, 37%-i (148 nəfər) inandığını, 27,5%-i (110 nəfər) qismən inandığını, 12%-i (47 nəfər) inanmadığını, 11%-i (45 nəfər) isə heç inanmadığını bildirib.
Valideyn və müəllimlər arasında keçirilmiş sorğu- nun nəticələrinə görə, qiymətləndirmənin obyektiv aparılmasına rəyi soruşulan respondentlərin 2,4%-i çox inandığını, 39,5%-i inandığını, 30,2%-i qismən inandığını, 16,3%-i inanmadığını, 11,6% heç inanma- dığını qeyd edib.
Valideyn və müəllim respondentlərin 37,2%-i fənlərə verilən ballar haqqında əvvəlcədən məlumatlı ol- duğunu, 44,2%-i qismən məlumatı olduğunu, 18,6%- i heç bir məlumatı olmadığını qeyd edib.