Azedu.az

Məktəb direktoru şagirdləri DİN əməkdaşlarına “borc verdi”

Məktəblər

23 Dekabr 2019, 17:19
Məktəb direktoru şagirdləri DİN əməkdaşlarına “borc verdi”

Tatarıstanın Novotroitsk şəhərində orta məktəbdə DİN əməkdaşları qeyri-adi təlim həyata keçirib.

AzEdu.az xəbər verir ki, bu barədə “KMV Novosti” xəbər yayıb.

Bildirilir ki, polis əməkdaşları təhsil müəssisəsinin direktorunun “borc verdiyi” uşaqlarla “əməliyyat” keçiriblər.

Yayılan kadrlardan görünür ki, idman geyimində olan doqquzuncu sinif şagirdləri küçəyə çıxaraq hüquq mühafizəçilərinə hücum çəkir. Qarşı tərəf isə qalxanın arxasında gizlənərək öz rəqiblərini neytrallaşdırır. (oxu.az)

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox