Sinfin illik hesabat blankını hazırlayan zaman hesabatda fənnin, şagirdin və ümumi sinfin keyfiyyət və müvəffəqiyyət (mənimsəmə) faizləri göstərilməlidir.
AzEdu.az mənimsəmə faizinin hesablanma qaydasını təqdim edir:
Fənnin mənimsəmə faizini hesablamaq üçün: hər bir fənn üçün yuxarıdan aşağıya doğru “3”, “4” və “5” qiymətlərinin sayı cəmlənir. Toplam cəm ümumi sinif üzrə şagirdlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd fənnin mənimsəmə faizi hesab edilir.
Şagirdin mənimsəmə faizini hesablamaq üçün: şagirdin adının qarşısından soldan sağa doğru “3”, “4” və “5” qiymətlərinin sayı cəmlənir. Toplam cəm tədris olunan ümumi fənnlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd şagirdin dərsi mənimsəmə faizi hesab edilir.
Sinfin mənimsəmə faizini hesablamaq üçün: sinif üzrə “3”, “4” və “5” qiymət alan şagirdlərin sayı toplanır. Toplam cəm ümumi sinif üzrə şagirdlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd sinfin dərsi mənimsəmə faizi hesab edilir.