Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün ilkin olaraq elektron ərizə forması doldurulmalıdır.
AzEdu.az həmin elektron ərizə formasında müəllimlərin qeyd etməli olduğu məlumatları ardıcıllıqla diqqətinizə çatdırır.
Elektron ərizəni doldurarkən müəllimlər ilk növbədə ad, soyad, ata adı və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd etməli, sonra qeydiyyatda olduğu və hazırda yaşadığı ünvanı yazmalıdırlar. Nəzərinizə çatdıraq ki, qeydiyyatda olduğunuz ünvan dedikdə, şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan nəzərdə tutulur.
Sonra namizəd yaşını və cinsini seçdikdən sonra xanalarda əlaqə telefonu və e-mail adresini yazmalıdır. Əlaqə nömrələrinin işlək olması zəruridir.
Daha sonra ərizədə bitirdiyi təhsil müəssisəsi və ya müəssisələrini dəqiq qeyd etməlidir. Burada orta təhsillə bağlı məlumat qeyd etmək lazım deyil. Orta ixtisas və ali ixtisas ( bakalavr, magistr) təhsili ilə bağlı seçim etmək kifayətdir. Seçim edərkən xanalarda qarşıya çıxan iki bənddən – adi yoxsa fərqlənmə diplomu - biri seçilməlidir.
*Əgər namizəd yenidənhazırlanma ilə “müəllimlik” ixtisasına yiyələnibsə, açılan xanadan mütləq siyahıdan seç hissəsində bitirdiyi təhsil müəssisəsini qeyd etməlidir.
Növbəti mərhələdə nəmizəd açılan xanalardan hazırda daimi müəllim işlədiyi yeri (əgər işləmirsə, işləmirəm bəndini seçir), müsabiqə üçün seçdiyi ixtisas-fənni, pedaqoji iş stajı və elmi dərəcəsini (yoxdur, elmlər doktoru, fəlsəfə doktoru) seçməlidir.
Pedaqoji iş stajı üçün siyahıdan seç hissəsində aşağıdakı seçimlər təqdim edilir:
Daha sonra nəmizəd açılan xanalardan hansı vakant yer üzrə müsabiqədə iştirak etdiyini qeyd etməlidir. Fənnin adını seçdikdən sonra tədris dilini (Azərb. bölməsi və ya Rus bölməsi) qeyd etməlidir.
→ Vakansiyaları (ən çoxu 8 seçim ola bilər) işarələ
→Diploma əlavədə (içlikdə) olan qiymətlər əsasında çıxarılan orta qiymət
Siyahıdan seçim:
→ Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxş ımüəllim” müsabiqəsində iştirakı
Siyahıdan seçim:
→ Fənn kurikulumu, fəal təlim və ya innovasiyalar üzrə yerli və beynəlxalq treninqlərdə iştirakı
Siyahıdan seçim:
Daha sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris vəsaitlərinə (çap və ya elektron) və dərsliklərə müəllifliklə bağlı açılan xanadan müəlifəm və ya müəllif deyiləmseçimlərindən biri seçilməlidir. Müəllifəm seçdikdə isə açılan xanada namizəd müəllifi olduğu tədris vəsaitlərinin və dərsliklərin adını qeyd etməlidir.
Elektron ərizənin sonunda Təltiflər adlı hissədə isə müəlimlər və ya müəllim olmaq istəyən şəxslər aşağıda qeyd olunan siyahıdan seçim etməlidirlər.