Azedu.az

DİM-in Apellyasiya Komissiyasına müraciət edənlərin sayı artıb –SƏBƏB

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Dekabr 2019, 12:42
DİM-in Apellyasiya Komissiyasına müraciət edənlərin sayı artıb –SƏBƏB

Bu il imtahanlarla bağlı Apellyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə  çoxdur.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial  Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, apellyasiyada abituriyentlərin haqlı çıxma halları da ötən tədris ilində (2018-2019) daha çox müşahidə olunub.  

Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan verən şəxsdə imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox