Azedu.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək

Məktəblər

17 Dekabr 2019, 14:10
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vətəndaşları qəbul edəcək

Dekabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev vətəndaşları qəbul edəcək.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə Nəsimi və Binəqədi rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da başlayacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox