Azedu.az

Kolleclərin xüsusi qabiliyyət imtahanlarında yeniliklər olacaq-DİM

Məktəblər

Kolleclər

Qabiliyyət imtahanı

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Dekabr 2019, 11:02
Kolleclərin xüsusi qabiliyyət imtahanlarında yeniliklər olacaq-DİM

Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, seminar bu istiqamət üzrə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçirilmiş qəbul imtahanlarının təhlilinə və 2020/2021-ci tədris ili üçün keçiriləcək musiqi nəzəriyyəsi və solfecio imtahanının məzmununa həsr edilib.

Seminarda, həmçinin tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçiriləcək qəbul imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, qiymətləndirmə meyarları müzakirə edilib.

Qeyd edək ki, musiqi sənəti istiqaməti üzrə seminarlarda qəbul edilən yeniliklər barədə məlumatlar DİM-in internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları " adlı jurnalın 2-ci sayında nəşr ediləcəkdir.

Ayşə MÜSEYİB

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox