Ukraynanın Odessa şəhərində kollecdə yanğın zamanı ölü sayı 16-ya çatıb.
AzEdu.az-ın məlumatına görə, modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, iqtisadiyyat, hüquq və otel-restoran biznesi kollecində ölən son şəxslərin cəsədlərini tapmaq çətinləşmişdi. Son 2 tələbənin meyiti ötən gecə tapılıb.
Yanğın dekabrın 4-ü baş verib.