Bakıdakı 82 nömrəli tam orta məktəbdə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında milli-mənəvi dəyərlərimizin əksi” mövzusunda tədbir təşkil olunub.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən (MATM) AzEdu.az-a bildiriblər ki, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə MATM-ın əməkdaşı Qənirə Qafarlı mövzu üzrə mühazirə söyləyib.
Mühazirəçi muzeyin arxeologiya, etnoqrafiya, silahlar və bayraqlar fondlarının materialları haqqında ətraflı məlumat verib, milli irsimizin geniş təbliğ olunmasının əhəmiyyətini vurğulayıb.