Azedu.az

Diaqnostik qiymətləndirmədə müsahibə mərhələsi olmayacaq - YENİLİK

Məktəblər

Müəllimlər və elm adamları

Diaqnostik qiymətləndirmə

5 Dekabr 2019, 17:01
Diaqnostik qiymətləndirmədə müsahibə mərhələsi olmayacaq - YENİLİK

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsində müsahibə mərhələsi olmayacaq.

AzEdu.az  xəbər verir ki, bu barədə Təhsil TV-nin “Həftənin sualı” verilişinin bugünkü buraxılışında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

Bildirilib ki, məktəb psixoloqlarının diaqnostik qiymətləndirilməsi zamanı yalnız test imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak edəcək məktəb psixoloqlarına 90 dəqiqə ərzində 60 sual təqdim ediləcək. İmtahana hazırlaşmaq üçün psixoloqlar proqram və ədəbiyyat siyahısı ilə İnsan resursları şöbəsinin rəsmi feysbuk səhifəsində tanış ola bilərlər.

Qeyd edək ki, məktəb psixoloqlarının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsinin imtahan mərhələsinin 20-30 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox