Rusiyanın Strateji təyinatlı raket qoşunları Həştərxanın Kapustin Yar poliqonundan qitələrarası raket atəşi həyata keçiriblər.
Bu barədə TASS Müdafiə nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, sınaq uğurlu keçib: “Topol” raketi Qazaxıstan ərazisində yerləşən Sarı-Şaqan poliqonunda hədəfi məhv edib.
Bu zaman rusiyalılar raketi yer səthinə yaxınlaşan kometa kimi qəbul ediblər.
Kurqan, Tolyatti, Orenburq, İjevsk və digər şəhərlərin sakinləri sosial şəbəkələrdə video görüntülərlə paylaşıblar.