Azedu.az

Argentinada məktəb avtobusu qəzaya uğrayıb, ölənlər var

Məktəblər

Kolleclər

Xaricdə Təhsil

29 Noyabr 2019, 09:00
Argentinada məktəb avtobusu qəzaya uğrayıb, ölənlər var

Argentinanın paytaxtı Buenos-Ayresin cənubunda məktəb avtobusunun qəzaya uğraması nəticəsində iki uşaq ölüb.

AzEdu.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi polis mənbələrinə istinadən məlumat yayıb.

“11 və 12 yaşlarında olan iki uşaq ölüb, çoxu xəsarət alanlar var, onlar xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hadisə Buenos-Ayresdən 160 km məsafədə baş verib. Avtobusda 11-13 yaşları arasında qədər 43 uşaq və iki sürücü daxil olmaqla 10 nəfər böyük insan olub. Onların məktəb gəzintisinə yollandıqları deyilir.

Qəzanın dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox